Sızanaqlardan qurtulmağın TƏBİİ YOLLARI
    • 10-09-2024, 18:13
    • 837

Sızanaqlardan qurtulmağın TƏBİİ YOLLARI

Təbii və təmiz bir dəri görünüşünə sahib olmanın əngəllərindən biri olan sızanaqlar nizamsız və balanssız qidalanma, yanlış qulluq məhsulları istifadəsi və hormonal balanssızlıqlar kimi bir çox səbəblə meydana gələ bilər. 

News24.az xəbər verir ki, sızanaq problemi meydana gəldikdən sonra istifadə edilən dəriyə qulluq məhsulları çox vaxt qeyri-kafi olur.

Dəriyə qulluqda təbii üsulları seçdiyiniz zaman sızanaq problemini qısa müddətdə aradan qaldıra bilərsiniz. Sızanaqlardan qurtulmağın hiyləsi olan bu təbii üsullar aşağıdakılardır:

Təbii yağlar: Omeqa qrupu yağ turşularını ehtiva edən kokos yağı və zeytun yağı kimi təbii yağların dəriyə qulluqda nəmləndirici olaraq istifadə edilməsi dərinin yenilənməsinə şərait yaradır. Dərinin təbii quruluşunu qoruyan və zərərli formasiyaları yox edən təbii yağlarla qısa müddətdə sızanaqlardan xilas ola bilərsiniz.

Aloe vera: Dəriyə qulluqda aloe vera bitkisinin təbii gelindən istifadə iltihabı azaldaraq dərini qidalandırır. Dərini sakitləşdirən və sızanaq əmələ gəlməsini aradan qaldıran aloe vera geli birbaşa sızanaqlı bölgələrə də tətbiq oluna bilər. 

Bal və darçın maskası: Dəriyə qulluqda təbii məhsullardan istifadə etməklə hazırlanmış sağlam maskaları seçə bilərsiniz. Dəridəki sızanaq və sızanaq ləkələrini aradan qaldırmaq üçün bal və darçın maskası hazırlaya bilərsiniz.

Dəriyə qan axını sürətləndirən və dərini yeniləyən bal və darçın maskası antioksidant təsiri ilə sızanaq əmələ gəlməsinin qarşısını alır. Bir çay qaşığı bala 1 çay qaşığı darçın əlavə edib yaxşıca qarışdırın. Yaranan maskanı dərinizə çəkin və 20 dəqiqə saxlayın. Sonra quruyan maskanı ilıq su ilə yuyun və dərinizi təbii yağlarla nəmləndirin.

Bu maskanı mütəmadi olaraq tətbiq etdikdə qısa müddətdə sızanaqlardan xilas ola bilərsiniz.

Məryəm İlhamqızı