1 qol üçün 2000 manat ödədi
    • 11-09-2024, 14:51
    • 238

1 qol üçün 2000 manat ödədi

Naxçıvan Futbol Federasiyasının yeni prezidenti Zaur Axundov «Araz-Naxçıvan»ı mükafatlandırıb.

O, Premyer Liqanın son turunda «Sumqayıt»a səfərdə 1:0 hesabıyla qalib gələn komandaya pul ödəyib.

Ramon Maçadonun yeganə qoluyla 3 xal qazanan Muxtar Respublika təmsilçisinin əsas heyət üzvləri hərəyə 1800-2000 manat civarında irəli düşüb.

«Araz-Naxçıvan» çempionatında 4 oyun keçirib və 7 xal toplayıb. Region təmsilçisi bu nəticəylə turnir cədvəlinin dördüncü pilləsində yer alıb.// sportinfo