Şoyqu:
    • 11-09-2024, 15:48
    • 767

Şoyqu: "Rusiya Zəngəzurla bağlı İrana sadiqdir"

Rusiya Zəngəzurla bağlı Tehranla əvvəlki razılaşmalara sadiqdir və Moskvanın bu məsələdə siyasəti qətiyyən dəyişməyib. 

News24.azMehr”ə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşündə bildirib.

Rusiyanın yüksək rütbəli təhlükəsizlik rəsmisi çıxışında deyib ki, Moskva Fars körfəzindəki üç ada üzərində İran İslam Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

Günel Məlikzadə