İran paytaxtını niyə köçürmək istəyir?
    • 11-09-2024, 16:20
    • 223

İran paytaxtını niyə köçürmək istəyir?

Aparıcı İran mediası prezident Məsud Pezeşkianın paytaxtı Tehrandan köçürmək barədə bəyanatını müzakirə edir. Buna səbəb nədir bəs? Çünki, Tehranda kəskin su qıtlığı var, hava çirklənir, yer daşları çökür və s. Müxtəlif məhsulların istehsal olunduğu İranın cənubundan xammal gətirilib, daha sonra ixrac üçün yenidən cənub limanlarına gətiriləndə ekoloji problemlərə iqtisadi problemlər də əlavə olunur.

News24.az hraparak-a istinadən xəbər verir ki, bu, İslam Respublikası üçün böyük maliyyə itkilərinə səbəb olur. Prezident ölkənin iqtisadi və siyasi mərkəzinin cənuba, sahilyanı şəhərə köçürülməsinin məqsədəuyğun olacağını bəyan edib. 

Eyni zamanda, Tehran 15 milyon əhalisi olan şəhərdir və onun yol nəqliyyatından tutmuş ekologiyaya qədər bütün problemləri bundan qaynaqlanır. Geoloji problem də var. Tehran tektonik qırılma üzərində qurulub və həmişə tektonik aktivlik, zəlzələ və seysmik hadisələr riski var.

Günel Məlikzadə