Kənani: İsraili cəzalandırmaq lazımdır
    • Bu gün, 12:45
    • 73

Kənani: İsraili cəzalandırmaq lazımdır

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ötən həftə İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasiminə qatılmaq üçün Tehranda öldürülüb.

News24.az xəbər verir ki, sui-qəsddən sonra Yaxın Şərqdə gərginlik artıb.

İran və onun bölgədəki müttəfiqləri ilk açıqlamalarında “intiqam alacaqları” vəd ediblər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kenani bu gün yeni açıqlama verib.

Kenani bəyan edib ki, Tehran gərginliyi artırmaq istəmir.

Amma İsraili cəzalandırmaq lazım olduğunu da bildirib.

Günel Məlikzadə