Türkiyə şəhid verdi
    • 12-09-2024, 08:22
    • 190

Türkiyə şəhid verdi

Türkiyədə Baş Çavuş Onur Çapan (33) "Zeytun budağı" əməliyyatı bölgəsində keçirilən təlim zamanı baş verən silah qəzasında şəhid olub.

News24.az xəbər verir ki, Çapanın şəhadət xəbərini İspartadakı ata evində yaşayan həyat yoldaşına protokol üzvləri verib. Acı xəbərdən sonra Çapanın həyat yoldaşının ata evi və küçə Türkiyə bayraqları ilə bəzədilib.

Evli olan Çapanın biri 6, digəri 3 yaşlı iki qız atası olduğu öyrənilib.

Onu da qeyd edək ki, Isparta Valiliyinin sosial media hesabından aşağıdakıları yazıb:

“11 Sentyabr 2024-cü il tarixində Zeytun Budağı Əməliyyat Bölgəsində baş verən silahlı insident nəticəsində şəhid olan Baş Çavuş Onur Çapanın cənazəsi cənazə namazıdan sonra İsparta Şəhidlər Qəbiristanlığında dəfn ediləcək. Isparta Respublika və Demokratiya Meydanında 12 Sentyabr Cümə axşamı günü saat 17.00 'də dəfn ediləcək. Allah şəhidimizə rəhmət eləsin, millətimizə başsağlığı verirəm”.

Günel Məlikzadə