Türkiyə Ordusu şəhid verdi - 3 terrorçu məhv edildi
    • 21-06-2024, 16:13
    • 230

Türkiyə Ordusu şəhid verdi - 3 terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı “Pənçə-Kilit” əməliyyat bölgəsində şəhid verib.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, terrorçularla atışmada çavuş Mehmet Ali Horoz şəhid olub.

Əməliyyat zamanı üç terrorçu öldürülüb.