Azərbaycanda 26 yaşlı qızdan DƏHŞƏTLİ ƏMƏL - Silahı götürüb...
    • Bu gün, 12:07
    • 305

Azərbaycanda 26 yaşlı qızdan DƏHŞƏTLİ ƏMƏL - Silahı götürüb...

Sentyabrı 11-i saat 13 radələrində Ağcabədi rayonunda intihar hadisəsi baş verib.

News24.az bildirir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, 1998-ci il təvəllüdlü Ülviyyə Zakir qızı Baxşəlizadə yaşadığı Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi ərazisində evdə ov tüfəngindən atəş açaraq özünə xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən Ü. Baxşəlizadə orada ölüb.

Hadisə yerindən müvafiq sənədləri olmayan bir ədəd ov tüfəngi götürülüb.

Araşdırma aparılır.