Bakıda tanınmış direktorlar vəzifələrindən AZAD EDİLDİLƏR
    • Bu gün, 13:20
    • 195

Bakıda tanınmış direktorlar vəzifələrindən AZAD EDİLDİLƏR

Bakı şəhərində yerləşən Fizika, riyaziyyat və informatika təmayüllü liseyin direktoru Tariyel Talıbov və Kimya, biologiya təmayüllü respublika liseyinin direktoru Kamran Rəhimov vəzifələrindən azad edilib.

News24.az-ın modern.az-a istinadən məlumatına görə, onlar çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vurublar.

Direktorların yerinə hələlik təyinat yoxdur.