Gəlini kranla TOYA APARDI
    • Dünən, 21:44
    • 186

Gəlini kranla TOYA APARDI

Manisada kran ustası işləyən 31 yaşlı Doğan Çoban bəzədiyi və toy maşınına çevirdiyi kranla gəlini evindən şadlıq sarayına aparıb.

News24.az xəbər verir ki, önündəki kranın bəzədilmiş və toy maşınına çevrildiyini görəndə təəccüblənən Funda Akarın əlindən tutan Çoban, onu krana mindirib. 

Buradan maşın konvoyu ilə toy mərasiminin keçiriləcəyi yerə gediblər.

Ailə quran gənc cütlük ömürlük xoşbəxtliyə nail olub. Bəy Çoban jurnalistlərə açıqlamasında qeyri-adi mərasim keçirməyi planlaşdırdığını bildirərək, "Gündəlik həyatdan fərqli olsun deyə belə bir şey düşündüm. Gözəl olduğuna inanıram. İnşallah arvadım və mən xoşbəxt olacağıq."

Gəlin Funda Akar da məsələdən xəbərsiz olduğunu və təəccübləndiyini dilə gətirərək, "Məni bu həyatda həmişə xoşbəxt edir. İndi də eynidir, həyatımda olduğuna sevinirəm. İnşallah sonsuza qədər xoşbəxt olacayıq" deyib.

Məryəm İlhamqızı