Müqayis Verdiyev həbs edildi
    • Bu gün, 17:42
    • 111

Müqayis Verdiyev həbs edildi

Uzun müddətdir axtarışda olan tanınmış iş adamı Müqayis Verdiyev həbs olunub.

News24.az Avtosfer.az-a istinadən xəbər verir ki, Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində onun olduğu yer müəyyən olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülmüşdü. Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 1 ay 24 gün müddətində həbs qətimkan tədbiri seçilib.