Bakının mərkəzində lunapark inşa EDİLƏCƏK?
    • Bu gün, 18:30
    • 122

Bakının mərkəzində lunapark inşa EDİLƏCƏK?

Dünyanın bir çox ölkəsində müxtəlif  iri atraksionlardan ibarət lunaparklar var. Belə parklar uşaqlarla yanaşı, böyüklərin də sevimlisidir. Təəsüf ki, öncədən Bakıda Bulvar, Ağ Şəhər və N.Nərimanov ərazilərində böyük ataksionlardan ibarət parklar olsa da, indi yoxdur.

Düzdür, Sumqayıt Gəncə və s şəhərlərimizdə müxtəlif atraksionlar olan parklar olsa da, irihəcmli, dincəlmək üçün müxtəlif kompleksləri birləşdirən lunaparklar mövcud deyil.

Maraqlıdır ki, belə bir lunapark inşa edilsə, sıxlığın müşahidə olunduğu Bakı bunun üçün uyğundurmu?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan memar Cahid Həsənov Bakının mərkəzinin irihəcmli park üçün uyğun olmadığını vurğulayıb:

“İrihəcmli lunapark mütləq Bakının mərkəzindən kənarda olmalıdır, çünki burada  dincəlmə kompleksi, uşaq kafesi, böyüklər üçün restoran, park olmalıdır ki, insanlar heç olmasa həftəsonu buraya gəlib rahat dincəlsinlər”.  

Müsahibimiz belə bir parkın yaradılması üçün Qaradağ rayonu ərazisini nümunə olaraq göstərib.

“Belə lunaparklar  dövlət proqramıyla yox, özəl sahibkarın qoyduğu investisiya vasitəsiylə olur. Şəhərin mərkəzində olan sıxlıqda belə geniş, həcmli parkın inşası məqsədəuyğun deyil. Böyük ərazisi olan  Qaradağ rayonunda belə bir geniş miqyaslı lunpark şəhərciyi salına bilər”.

Memar mərkəzdən uzaq yerlərin bəzi sahibkarları cəlb etməməsiylə bağlı qeyd edib ki, parkinq yeri yaxşı, dincəlmə kabinetləri, kafelər, üzmək üçün hovuzlar olsa, bura Bakının mərkəzindən kənarda olsa belə, insanları cəlb edəcək.

“Buna görə də Qaradağ, Lökbatan kimi ərazilərdə belə bir yer salınsa, insanlar rahat, tıxacsız şəkildə bura gələrlər”.