Avtomobilində ölü tapıldı - ƏTRAFLI
    • Bu gün, 18:34
    • 177

Avtomobilində ölü tapıldı - ƏTRAFLI

Afyonkarahisarda hadisə səhər saatlarında Emirdağın Elhan kəndinə gedən yolda qəribə hadisə baş verib.

News24.az xəbər verir ki, dayanmış avtomobilin sürücü oturacağında hərəkətsiz vəziyyətdə qalan şəxsi görənlər bu barədə Təcili Yardım Mərkəzinə məlumat veriblər. 

Xəbər üzərinə bölgəyə sağlamlıq və polis qrupları sövq edilib.

Baxış zamanı məlum olub ki, qapısı açıq olan nəqliyyat vasitəsinin sürücü oturacağında əyləşən şəxs dünyasını dəyişib. Komandalar başından güllə yarası alan şəxsin Halilhan Kahya olduğunu müəyyən edib. Prokurorun hadisə yerində araşdırmasından sonra Kahyanın cansız bədəni xəstəxana meyitxanasına aparılıb. Qətl şübhəli bilinərək istintaq başladılıb.

Məryəm İlhamqızı