Tualetdə dünyaya gətirdiyi övladını ZİBİLLİYƏ ATDI - DƏHŞƏT
    • Bu gün, 20:05
    • 280

Tualetdə dünyaya gətirdiyi övladını ZİBİLLİYƏ ATDI - DƏHŞƏT

Hadisə 2023-cü il noyabrın 2-də Kastamonu şəhər mərkəzi, Kuzeykent rayonu, Karadut küçəsində baş verib. 

News24.az xəbr verir ki, əldə edilən məlumata görə, vətəndaşlar tərəfindən zibil qabının yanında zibil torbasına bükülmüş oğlan uşağı aşkar edilib. 

Kastamonu Təhsil və Araşdırma Xəstəxanasında yeni doğulan oğlan uşağı sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra həyata qaytarılıb. Hadisənin ardından Kastamonu İl Təhlükəsizlik Müdirliyi qrupları tərəfindən aparılan iş nəticəsində zibillikdə tapılan körpənin anası Cansu Ç. olduğu aşkar edilib. 

Ailəsinin xəbəri olmadan tualetdə uşaq dünyaya gətirdiyi müəyyən edilən Cansu Ç. hadisədən sonra həbs edilib. Müalicə altında olan körpənin Ankarada müalicəsinin ardından sağlamlığına qovuşduğu öyrənilib.

Hadisənin ardından Kastamonu Ağır Cəza Məhkəməsində Cansu Ç. (18) barəsində "özünü müdafiə edə bilməyən yaxın qohumunu öldürmək" maddəsi ilə açılan cinayət işi üzrə məhkəmə iclası davam edib. Cansu Ç. Məhkəməyə saxlanıldığı həbsxanadan SEGBİS vasitəsilə qatılaraq, özünü müdafiə edib. Ona qarşı irəli sürülən ittihamları qəbul etməyən Cansu Ç. “Qaçmağa heç bir şübhəm yoxdur, dəlilləri ört-basdır edəcək vəziyyətdə də deyiləm. Mən azad olunmağımı istəyirəm” deyib.

Respublika Prokuroru isə Cansu Ç.-nin həbsinin davam etdirilməsini istəyib, körpənin orqanlarında və hisslərində zəifləmə olub-olmaması ilə bağlı qəti hesabat tələb edib.

Məhkəmə Cansu Ç.-nin həbsinin davam etdirilməsinə qərar verərkən, Respublika Prokurorunun tələbi ilə zibil qutusuna atılan körpənin hiss və ya orqanlarında qalıcı zədə olub-olmaması ilə bağlı hesabat alınmasına qərar verilib.

Komitə hesabatı gözlədiyi üçün dinləməni dekabrın 24-nə təxirə salıb.

Məryəm İlhamqızı