“Formula” yarışlarına bunları gətirmək qadağandır! - DİN
    • Bu gün, 10:15
    • 102

“Formula” yarışlarına bunları gətirmək qadağandır! - DİN

"Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024" yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısı açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, yarış zamanı spirtli içkilərin, heyvanların (Fiziki məhdudiyyətli insanlara yardım göstərən xidməti heyvanlar istisna olmaqla), su qablarının və hər növ içki qablaşdırmaları (Uşaq üçün olan və 500ml qədər termoslar istisna olmaqla), qidaların, içkilərin (Uşaq üçün olan istisna olmaqla), odlu silah, soyuq silah, digər qeyri-döyüş silah oxşarlarının, fişənglər, alovlandırıcılar, lazer işıqlarının, rolik, skeytbord, seqvey, velosiped, skuterlərin, soyuducu qutular (bərk və ya yumşaq), piknik üçün səbətlər, iri bel çantalarının, həmçinin təhqiredici bannerlər və əşyalar; tutacağı 1 metrdən uzun olmayan bayraqlar, çətirlərin, peşəkar video çəkən cihazlar, obyektivi 30 sm-dən böyük olan foto kameraların, provokativ rəmzlər və şəkillər; dini, siyasi ifadələr və şüarların, narkotik maddələr. reseptsiz psixotrop dərmanların, meqafon və buna oxşar cihazlar daxil olmaqla səs gücləndiriciləri və musiqi alətlərin, oturacaqlar və əyləşmək üçün digər ləvazimatların (Fiziki məhdudiyyətlilər istisna olmaqla), dronlar və digər uçan cihazların, və zəhərlər, toksik və alışqan maddələrin azarkeş zonasına gətirilməsi qadağandır.