Yuxuya gedən sürücü qəza törətdi - ölənlər var
    • Bu gün, 19:47
    • 168

Yuxuya gedən sürücü qəza törətdi - ölənlər var

Soçinin Lazarevski rayonunda ağır yük maşınının toqquşması nəticəsində iki nəfər ölüb. 

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsi bildirib.

Polisdən verilən məlumata görə, qəza Sovet-Kvaje mikrorayonunun yaxınlığında baş verib. “Chevrolet” qarşıdan gələn zolağa çıxıb və “Shacman” markalı ağır yük maşını ilə toqquşub.

Hadisə nəticəsində avtomobilin sürücüsü və sərnişini yerindəcə keçinib. Daha iki sərnişin xəstəxanaya yerləşdirilib.

Qəza ilə bağlı araşdırma aparılır.

Məryəm İlhamqızı