-
- 13-09-2024, 17:20
- 501
Ağ corablarınızı bu ÜSULLA YUYUN
Ağ corablar ayaqqabının içində qaldığı üçün çox vaxt görünməsə də, ayaqqabını çıxaranda görünür və rənginə görə kir yığmağa meyilli olur. Düşünə bilərsiniz ki, ağ corablar çirklənirsə, ləkələr asanlıqla çıxmaz. Ən çox ayaqqabının içindəki tər səbəbiylə sarıya çevrilən və həmçinin çirkləri toplayaraq bozlaşan ağ corabları təmizləmək üçün güclü kimyəvi maddələrə ehtiyacınız olmayacaq.
News24.az xəbər verir ki, ağ corabları maşında başqa corablarla yumaq və bu prosesdə güclü kimyəvi maddələrdən istifadə etmək corabların həm rəngini, həm də yumşaq toxumasını zədələyə bilər. Bundan əlavə, kimyəvi maddələr ağ corabdakı ləkələri çıxarmaq üçün həmişə kifayət deyil.
Ağ corabları təmizləməyin hiyləsi sodadır.
Əvvəlcə su ilə dolu bir qaba bol miqdarda soda əlavə edin. Sonra ağ corabları bu suya atın və 3-4 saat gözləyin. Sonra qabdan corabları götürüb paltaryuyan maşına qoyun. Yuyucu bölməyə 1 stəkan soda, istəsəniz yumşaldıcı bölməyə 1 stəkan ağ sirkə əlavə edin və corabları normal şəkildə yuyun.
Sirkə corabların toxumasını qoruyacaq, onları yumşaq saxlayacaq və daha təsirli bir təmizləmə təmin etmək üçün soda ilə birləşəcəkdir.
Məryəm İlhamqızı