Qonşusuna "Covid" yoluxduran qadına HƏBS CƏZASI
    • 16-09-2024, 19:00
    • 272

Qonşusuna "Covid" yoluxduran qadına HƏBS CƏZASI

Avstriyanın Klagenfurt şəhərində qonşusuna Covid-19 virusu yoluxduraraq ölümünə səbəb olan 54 yaşlı qadın adam öldürmə ittihamı ilə 4 aylıq həbs cəzasına məhkum edilib.

News24.az xəbər verir ki, Avstriyada baş verən hadisə 2021-ci ilin dekabrında qadının karantin tədbirlərini pozması və virusa yoluxması ilə başlayıb.

İttiham tərəfinin təqdim etdiyi məhkəmə tibbi sübutları qadının virusu xərçəngdən müalicə olunan qonşusuna ötürdüyünü şübhəsiz sübut edib. Məhkəmə bu sübutu qəbul edib. Lakin təqsirləndirilən şəxsin vəkili virusun qapı dəstəyi kimi birbaşa və ya dolayı yolla ötürülməsinin aydın olmadığını əsas gətirərək ittihamlara etiraz edib.

Hadisənin şahidi olan mərhumun oğlu və gəlini 21 dekabr 2021-ci il tarixdə mənzilin girişində cavabdehlə mərhum arasında qısamüddətli mübahisə olduğunu bildiriblər. Bu hadisədən sonra virusun keçdiyi güman edilir. Məhkəmə qadını təqsirli bilib və həbs cəzasına məhkum edib.

Məryəm İlhamqızı