75 ilin ən güclü tayfunu baş verdi
    • 16-09-2024, 21:23
    • 256

75 ilin ən güclü tayfunu baş verdi

Son 75 ilin ən güclü qasırğası olan “Bebinca” Çinin maliyyə mərkəzi olan Şanxayı vurub.

News24.az xəbər verir ki, “Bebinka” tayfunu yerli vaxtla saat 07.30-da Şanxayın şərqinə çatıb.

Şanxayın şərqində Linqanq Yeni Şəhər sahil bölgəsini ilk dəfə vuran Bebinca tayfunun sürəti 151 km-ə çatıb.

Qeyd edək ki, dünən axşam saatlarında 400 mindən çox insan təhlükəsiz ərazilərə yerləşdirilib. Şanxayın Çonminq rayonundan 9 min insan təxliyə edilib.

Eyni zamanda, şəhərin iki əsas hava limanında bütün reyslər dayandırılıb, qatar reysləri ləğv edilib və magistral yollar da bağlanıb.

Onlarla ağac aşıb, velosiped və avtomobilləri sel suları aparıb.

Şəhərdəki istirahət mərkəzləri müvəqqəti bağlanıb və bir çox bərə reysləri dayandırılıb.

Çin mediası yazıb ki, Bebinca Yafunu ölkənin şimal-qərbinə doğru hərəkət edərək Jiangsu, Zhejiang və Anhui əyalətlərində güclü yağış və güclü küləyə səbəb ola bilər.


Günel Məlikzadə