-
- 17-09-2024, 13:08
- 223
Maskın zarafatı ABŞ-da çaxnaşma yaratdı
ABŞ Gizli Xidməti İlon Maskın sosial mediada paylaşdığı "Heç kim Co Bayden və ya Kamala Harrisi öldürməyə çalışmır" dediyi paylaşımdan xəbərdar olduğunu açıqlayıb. Mask daha sonra bu postu silib və zarafat etdiyini bildirib.
News24.az xəbər verir ki, sözügedən yazı ABŞ-ın keçmiş prezidenti Donald Trampa Floridadakı qolf meydançasında sui-qəsddən bir neçə saat sonra X platformasında (keçmiş Twitter) paylaşılıb.
Mask Trampa yaxın ad kimi tanınır və Tramp ikinci dəfə prezident seçiləcəyi təqdirdə Maskı “hökumətin səmərəliliyi komissiyası”na rəhbər təyin edəcəyinə söz verib.
Yazı ilə birlikdə istifadə etdiyi emoji ilə diqqət çəkən Maskın paylaşımı bir çox X istifadəçisi tərəfindən tənqid edilib.
Bəzi istifadəçilər bu yazıda ABŞ prezidenti və vitse-prezidentinə qarşı təxribat elementi olduğunu iddia ediblər.
Eyni zamanda, Ağ Ev Maskın açıqlamasını pisləyərək, "Belə ritorika məsuliyyətsizdir. Şiddət heç vaxt təşviq edilməməli və ya zarafat edilməməlidir" deyilib.
Günel Məlikzadə