"Miniatür" körpə xəstəxanadan evə buraxıldı
    • 17-09-2024, 19:44
    • 292

"Miniatür" körpə xəstəxanadan evə buraxıldı

Vidnovski Perinatal Mərkəzinin həkimləri vaxtından əvvəl doğulan oğlan uşağı dünyaya gətirib. 

News24.az xəbər verir ki, bu barədə tibb müəssisəsinin mətbuat xidmətindən məlumat verilib.

Uşaq hamiləliyin 29-cu həftəsində anadan olub. Anası plasenta(cift) xəstəliyindən əziyyət çəkib və təcili qeysəriyyə əməliyyatı keçirməli olub.

“Çəkisi 990 qram, boyu 38 santimetr olan miniatür oğlan doğuldu. Körpə ömrünün iyirmi günündən çoxunu uşaq anestezioloq və reanimatoloqlarının daimi nəzarəti altında neonatal reanimasiya şöbəsində keçirib”, - deyə həkimlər bildirib.

Neonatoloq Alina Oblivantseva uşağın uğurunu bölüşüb: "Kiçik qəhrəmanımız əlavə oksigenləşmədən müstəqil nəfəs almağı öyrəndi, yaxşı iştahı var".

Məryəm İlhamqızı