Elman Paşayev məhkəməyə belə gətirildi - VİDEO
    • 18-09-2024, 15:34
    • 2 091

Elman Paşayev məhkəməyə belə gətirildi - VİDEO

Dünən Rusiyada saxlanılan azərbaycanlı keçmiş vəkil Elman Paşayev Moskva Hərbi Qarnizon Məhkəməsinə gətirilib.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılacaq.

Qeyd edək ki, E.Paşayev barəsində Rusiya Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi başladılıb.

İstintaq məlumatına görə, o, müəyyən məbləğ qarşılığında rusiyalı bloqer Yelena Blinovskaya və həyat yoldaşı Alekseyi cinayət məsuliyyətindən azad etməyi vəd edib. Sözügedən məsələ barədə razılaşma cari ilin fevralında keçmiş vəkillə Aleksey Blinovskinin şəxsi görüşü zamanı əldə edilib və Paşayev Blinovkidən 46 milyon rubldan çox vəsait alıb.

Keçmiş vəkili həmin maddə üzrə 1 milyon rubl həcmində cərimə ilə yanaşı, 10 ilə qədər həbs cəzası gözləyə bilər.

Yelena Blinovskayaya gəlincə, o, 905 milyon rubl həcmində vergidən yayınmaqda, eləcə də ödənilməmiş vergilərin böyük bir hissəsinin leqallaşdırılmasında ittiham edilir. Bloqer 2023-cü ilin aprelindən ev həbsində olsa da, 2024-cü ilin yanvarında hökmün şərtlərini pozduğuna görə həbs edilib. İstintaq Komitəsinin versiyasına görə, Aleksey Blinovski həyat yoldaşı Yelena ilə bu məsələdə əlbirdir. Buna baxmayaraq, o, xüsusi hərbi əməliyyatda iştirak etdiyindən ona qarşı istintaq dayandırılıb.