-
- 19-09-2024, 20:05
- 375
Saçlardakı biti BELƏ TƏMİZLƏYİN
Baş biti uşaqlar arasında ümumi sağlamlıq problemi olsa da, hər kəsin qarşılaşa biləcəyi problemdir. Bitə qarşı bəzi kimyəvi vasitələr olsa da, bu nöqtədə saç dərisinə zərər vermədən həll yolu tapmaq çox daha sağlam olardı.
News24.az xəbər verir ki, baş biti problemindən xilas olmaq üçün saçlarınıza çay ağacı yağı çəkə bilərsiniz.
Tərkibindəki antibakterial xüsusiyyətlər və güclü yağ turşusu sayəsində çay ağacı yağı baş bitlərindən birdəfəlik xilas olmağa kömək edir.
Çay ağacı yağını saçınıza sürməzdən əvvəl dərinizin kiçik bir sahəsinə sürtməyiniz tövsiyə olunur. Bu, mümkün allergik reaksiyaların qarşısını almaq üçün lazımdır. Əgər yanma və ya qıcıqlanma hiss olunmursa, o zaman asanlıqla istifadə edə bilərsiniz.
Çay ağacı yağını saçlarınızın dibindən uclarına qədər çəkin və saçınızda 15-20 dəqiqə saxlayın. Daha sonra sirkə darağı ilə darayaraq saçınızı yaxalaya bilərsiniz. Effektiv nəticə əldə etdiyinizi görəcəksiniz.
Məryəm İlhamqızı
News24.az
Qaynar xətt: 099 270 77 77