Telefonla yatanların DİQQƏTİNƏ: Sızanaq yaranır...
    • 19-09-2024, 18:24
    • 580

Telefonla yatanların DİQQƏTİNƏ: Sızanaq yaranır...

Smartfonların üz dərisinə mənfi təsir etdiyi, akne və sızanaq yaratdığı sübut edilib.

News24.az Xebernet-ə istinadən xəbər verir ki, məşhur brendlərin kosmetoloqu Liliya Zotova unitazdan da çirkli telefonların üzlə təmasının şəxsi gigiyenanı pozduğunu bildirib:

“Mobil telefonlarda hər gün minlərlə bakteriya toplanır və çoxalır. Telefonu üzümüzə toxunduranda bu mikroorqanizmlər dəriyə keçir, ordan piy vəziləri və məsamələrlə epidermisin altına keçərək iltihabi proses yaradır.

Bu problemdən qorunmaq üçün hər dəfə qadjetləri istifadə etməzdən əvvəl antiseptik salfet və ya dezinfeksiyaedici xüsusi məhlulla silib, eləcə də yalın əllərlə üz dərisinə toxunmaq olmaz.

Eləcə də bu problem yağlı dərisi olan yeniyetmələrdə çox qabarır, onlar bütün günü telefonda keçirir.

Payızda belə insanlar çox açıq havada olur, gəzir, tərləyir. Nəticədə dərinin mexaniki çirklənməsi və iltihabı artır.

Ona görə həm telefonu hər gün silmək, həm də səhər və axşam dərini xüsusi məhlulla yumaq, toniklə silmək və enzim kirşandan istifadə etmək lazımdır ki, yağ aktivliyi olmasın”.