Sızanaqların əmələ gəlməsinin səbəbləri - Açıqlama
    • 12-09-2024, 21:04
    • 558

Sızanaqların əmələ gəlməsinin səbəbləri - Açıqlama

“Üzdə sızanaqlar tez-tez düzgün gigiyena qaydalarına riayət edilməməsi və çirkli smartfonlardan istifadə nəticəsində yaranır”

News24.az bu barədə Medianews.az-a istinad edərək xəbər verir ki, bunu dermatoloq, kosmetoloq Liliya Zotova deyib.

“Mobil qurğular aktiv və sürətlə çoxalan çoxlu miqdarda bakteriya toplayır. Üzlə təmasda olanda bu mikroorqanizmlər smartfondan dəriyə keçir və bu da iltihaba səbəb olur”, – dermatoloq izah edib.

Bu problemlərin qarşısını almaq üçün Zotova hər istifadədən əvvəl salfetlə silməyi, həmçinin dezinfeksiya etmədən əllərinizi üzünüzə toxunmamağa çağırıb.

Həkim əlavə edib ki, sızanaqların digər səbəbi düzgün olmayan dəriyə qulluq ola bilər: “Payızda, soyuq havalar başlamazdan əvvəl biz ənənəvi olaraq çox gəzirik və tərləyirik. Nəticədə dərinin mexaniki çirklənməsi artır və təmizlənmədən iltihab yarana bilər”.