-
- 19-09-2024, 18:53
- 434
Təyyarənin göyərtəsində FACİƏ: Ölən var
Uçuşdan bir neçə dəqiqə əvvəl İtaliyada daxili reysin göyərtəsində stüardessa xəstələnib və ölüb. Təcili tibbi yardım briqadaları qadını xilas etməyə çalışsalar da, onu xilas etmək mümkün olmayıb.
News24.az Lent.az-a istinadən xəbər verir ki, stüardessa bir gün əvvəl özünü pis hiss etdiyindən şikayətlənsə də, həkimə müraciət etməmək qərarına gəlib.
O, təyyarəyə sərnişin kimi qoşulub. Ölümün səbəbi hələ də məlum deyil, xəbərlərdə "qəfil xəstəlik" qeyd edilir. 57 yaşlı Qabriella Karrio "ITA Airways"də stüardessa işləyib. O, İtaliyaya gedən daxili təyyarəyə minən sərnişinlərin qarşısında yıxılıb. Neapolun cənubunda, "Reggio Calabria" hava limanında qapıda gözləyərkən özünü pis hiss edib.
Buna baxmayaraq, üç uşaq anası Roma və Neapol arasında yerləşən Sabaudiya şəhərindəki evə, əri və uşaqlarının yanına qayıtmaq istəyərək, həkimə müraciət etməmək qərarına gəlib. Təyyarəyə ekipaj üzvü deyil, sərnişin kimi mindikdən sonra onun vəziyyəti sürətlə pisləşib. Bir neçə dəqiqə sonra həmkarlarının gözü qarşısında dünyasını dəyişib və sərnişinləri şoka salıb. Təcili yardım tez gəlib, lakin onu xilas edə bilməyiblər.