-
- 20-09-2024, 16:34
- 482
Xəstə uşaqlardan pul qazandılar, amma...
Şimali Osetiyada aviasiya klubu göy öskürəkdən əziyyət çəkən uşaqlardan qazanc əldə edib.
News24.az “Mash”a istinadən xəbər verir ki, valideynlər sözügedən xəstəlikdən əziyyət çəkən uşaqların təyyarə ilə uçuş zamanı sağalacağına inanıblar. Onlar bu prosedur üçün şirkətə hər dəfə 7500 rubl ödəniş ediblər.
Uçuşun şəfalı olması ilə bağlı heç bir rəsmi məlumat olmasa da azyaşlılar arasında zədələnənlər olub.
Açıq qapı ilə uçuş həyata keçirən təyyarədə uşaqlardan birinin dalağı yırtılıb. Həmçinin təyyarə sonuncu səfərində sərt eniş edib.
Hadisədən sonra şirkət uçuşları dayandırıb.
Teymur Məmmədov