Yol kənarında cansız bədəni tapılan müəllimin şübhəli ölümü
    • 20-09-2024, 17:14
    • 338

Yol kənarında cansız bədəni tapılan müəllimin şübhəli ölümü

Türkiyədə fəlsəfə müəllimi işləyən Özgür Ekinci yol kənarında başından tapança ilə vurulmuş vəziyyətdə tapılıb.

News24.az xəbər verir ki, hadisə yerinə jandarma və sağlamlıq qrupları sövq edilib. Yoxlama zamanı Ekincinin həyatını itirdiyi müəyyən edilib.

Ekincinin cəsədi yarılma üçün Diyarbakır Ədliyyə Tibb Qurumuna aparılıb. 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə