Son dəqiqə! Məhbuslar iğtişaş törətdi
    • 21-09-2024, 10:06
    • 259

Son dəqiqə! Məhbuslar iğtişaş törətdi

Qazaxıstanın cənubunda Türküstan bölgəsindəki cəzaçəkmə müəssislərindən birində məhbuslar iğtişaş törədib.

News24.az TASS-a istinadən xəbər verir ki, insident nəticəsində müəssisənin 3 əməkdaşı yaralanıb. 

Bildirilib ki, məhkumlardan bəziləri saxlanma rejimi ilə razılaşmadıqları üçün tabesizlik nümayiş etdiriblər. Xəsarət alanlar Milli Qvardiyanın iki əsgəri və Kriminal Təcrübə Departamentinin bir əməkdaşıdır.

Hazırda vəziyyət sabitləşib. Faktla bağlı cinayət işi başlanıb. 

Komitənin sədri, Milli Qvardiyanın rəhbərliyi və şəxsi heyəti, eləcə də nəzarət orqanlarının nümayəndələri hadisə yerindədir.

Teymur Məmmədov