"Bu akşam ölürüm"ü oxuyan müğənni:
    • 15-06-2019, 14:56
    • 2 532

"Bu akşam ölürüm"ü oxuyan müğənni: "İntiharlara görə məni günahladırırdılar" - VİDEO

Biz zamanlara "Bu akşam ölürüm beni kimse tutamaz" mahnısı ilə möhürünü vuran, lakin daha sonra sənətdən uzaqlaşan müğənni Murat Kekilli müsahibə verib. 

News24.az 
Türkiyə KİV-nə istinadən bildirir ki, ifaçı sənətdən uzaqlaşmasının səbəbini açıqlaylb: "Həmin dövrdə bu mahnıya görə intiharların sayı artmışdı. Buna görə məni günahkar sayırdılar. Hətta bank soyan iki uşaqdan etdikləri əməlin səbəbini soruşanda mənim mahnıma görə etdiklərini bildirmişdilər. Buna görə də çıxıb getdim". 

İfaçı haqqında yalan məlumatların da yayıldığını deyib: "Verilişlərdən birində mənim kiməsə min lirə ödəyib, özümü ayağımdan vurdurduğum deyilib. Halbuki, həmin dövrdə mənim cibimdə bir qəpik pulum da yox idi".

M.Kekilli öz istəyi ilə hər şeydən imtina etdiyini bildirib: "Serial və film təklifləri alırdım. Hər çəkilişə görə 50 min dollar təklif edirdilər. Lakin pul məni heç vaxt maraqlandırmayıb".