İsraildən Livana böyük miqyaslı HAVA HÜCUMU
    • 23-09-2024, 10:56
    • 181

İsraildən Livana böyük miqyaslı HAVA HÜCUMU

İsrail ordusu Livana qarşı ən irimiqyaslı hava hücumlarına başladığını açıqlayıb. İlkin məlumata görə, hücumlar nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Hücumlar davam edərkən, İsrailin müdafiə naziri Yoav Gallant amerikalı həmkarı Lloyd Austin ilə Hizbullahın potensialının azaldılması səylərini müzakirə etdiyini bildirib.

İsrail ordusu Livanı bombalamağa davam edir.

News24.az xəbər verir ki, Hizbullaha qarşı ən böyük miqyaslı hava hücumlarını təşkil etdiyini açıqlayan İsrail ordusu, livanlılara Hizbullah hədəflərindən uzaq durmaları ilə bağlı xəbərdarlıq edib.

Rəsmi KİV-in məlumatına görə, İsrailin Livanın cənub və şərqini hədəf alan çoxsaylı hücumları nəticəsində azı bir mülki şəxs həlak olub.

Rəsmi Milli Xəbər Agentliyi (NNA) "düşmən döyüş təyyarələrinin yarım saat ərzində 80-dən çox hava hücumu təşkil etdiyini" və hücumların Livanın cənubundakı Nəbatiyyə bölgəsini hədəf aldığını açıqlayıb. Hücumların Tire bölgəsində həyata keçirildiyi də bildirilib.

Eyni zamanda, şərqdəki Bekaa vadisində, Livanın dərinliklərində Suriya sərhədi yaxınlığında, o cümlədən Baalbek ətrafında və Hermel ətraflarında “güclü hücumların” həyata keçirildiyi qeyd edilib.


Günel Məlikzadə