-
- 19-08-2024, 22:10
- 211
Hizbullah-İsrail qarşıdurmasında üç nəfər öldü
Livanın Səhiyyə Nazirliyi bu gün İsrailin ölkənin cənubuna hücumu nəticəsində iki nəfərin öldüyünü açıqlayıb.
News24.az xəbər verir ki, Livanın rəsmi Milli Xəbər Agentliyi NNA da İsrailin cənubda müxtəlif bölgələrə bomba və basqınlar təşkil etdiyini, "düşmənin pilotsuz təyyarələrinin hücumları"nın Hula kəndində iki nəfərin öldüyünü bildirib.
Digər tərəfdən Hizbullah İsrailin şimalındakı əsgərlərə və hərbi mövqelərə pilotsuz uçuş aparatları ilə hücum təşkil etdiyini açıqlayıb.
Hizbullahın bu gün verdiyi açıqlamada, partlayıcı yüklü pilotsuz uçuş aparatları ilə iki İsrail hərbi mövqeyinə, sərhədə yaxın bir kazarmaya və sahildəki Akko şəhəri yaxınlığındakı bazaya təxminən 15 hava hücumu həyata keçirildiyi bildirilib.
İsrail ordusu hücumlarda bir əsgərinin öldüyünü, birinin isə ağır yaralandığını açıqlayıb.
Günel Məlikzadə