-
- 23-09-2024, 15:04
- 591
Bitkoin yenidən BAHALAŞIR
FED-in sərt faiz endirimi və ABŞ prezidentliyinə namizəd Kamala Harrisin açıqlamalarından sonra kriptovalyuta bazarları yüksəlib.
News24.az xəbər verir ki, FED-in monetar yumşaltma dövrünə sərt başlaması öz təsirini riskli aktivlərə hiss etdirib. Kriptovalyutalar və ABŞ səhmləri arasındakı korrelyasiya 2022-ci ildəki pik həddinə yaxınlaşıb.
Eyni zamanda, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris rəqibi Donald Trampın ardınca kripto aktivlərinə yaşıl işıq yandırıb.
Ən böyük kriptovalyuta olan Bitcoin səhər saatlarında təxminən bir ayın ən yüksək səviyyəsinə çatıb. 64 min 745 dollara yüksələn bitkoin, bu səviyyədən satışların ardından 63 min 700 dollar civarına düşüb.
Ethereum da bu gün təxminən 3 faiz artımla 2657 dollar ətrafında alıcı tapıb.
Onu da qeyd edək ki, Kamala Harris prezidentliyi qazanacağı təqdirdə kriptovalyuta sənayesinin genişlənməsini müdafiə edəcəyinə söz verib.
Respublikaçıların prezidentliyə namizədi Donald Tramp da ABŞ-ı planetin kriptovalyuta paytaxtı və dünyanın Bitcoin supergücünə çevirməyi planlaşdırdığını açıqlayıb.
Günel Məlikzadə