Kriptovalyutalar UCUZLAŞDI - SƏBƏB NƏDİR?
    • 11-09-2024, 16:06
    • 375

Kriptovalyutalar UCUZLAŞDI - SƏBƏB NƏDİR?

Coinmarketcap analiz şirkətinin məlumatına görə, qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 1 faiz azalaraq 1 trilyon 990 milyard dollara düşüb.

News24.az xəbər verir ki, analitiklər, kriptovalyuta bazarının Tramp və Harris arasındakı ilk canlı yayım debatı səbəbiylə gerilədiyini bildirib.

Digər tərəfdən qlobal bazarlarda davam edən tənəzzül narahatlıqlarının kriptovalyuta bazarına da mənfi təzyiqlər yaratdığı bildirilir.

Saat 13:00-a olan məlumata görə, son 24 saatda qiymətində 0,75 faiz ucuzlaşan Bitcoin 56 min 684 dollar səviyyəsinə düşüb.

Bazar dəyərinə görə ikinci sırada olan Ethereum, son 24 saatda 0,85 % dəyər itirərək 2 min 329 dollar səviyyəsinə düşüb.

Günel Məlikzadə