-
- 23-09-2024, 22:11
- 347
Dişlərinizdə ən kiçik sararma belə buraxmayacaq ÜSULLAR
Yanlış diş baxımı təcrübələri, qeyri-adekvat ağız və diş baxımı və ya qidalanma vərdişləri kimi bir çox səbəb dişlərin saralmasına səbəb ola bilər. Dişlərdə saralma meydana gəldikdə, diş pastası və ya diş ipi kimi standart tətbiqlər artıq tək başına kifayət etmir.
News24.az xəbər verir ki, dişlərinizin saralmasını aradan qaldırmaq üçün bəzi təbii üsullardan kömək ala bilərsiniz.
Sirkə: Alma sirkəsi yüksək turşu tərkibi ilə güclü təmizləyici məhsul kimi tanınır. Bundan əlavə, alma sirkəsi ağız və diş baxımında da təsirlidir. Epilepsiyaya səbəb olan bakteriyaları təmizləyən alma sirkəsi mirvari dişlərə sahib olmanıza kömək edir. Alma sirkəsini bərabər miqdarda su ilə seyreltin və hazırladığınız mayeni qarqara suyu kimi istifadə edin. Bu üsulu həftədə 3-4 dəfə təkrarlaya bilərsiniz.
Banan: Kalium və kalsiumla zəngin olan banan dişlərin saralmasını aradan qaldırmağa kömək edən təbii üsullardandır. Bananın qabığında liflər var. Bu lifli qabıqlı hissəni dişlərinizə tətbiq etdiyiniz zaman dişlərinizin ağardılmasının şahidi ola bilərsiniz. Bu prosesi hər diş fırçalamadan əvvəl tətbiq edə bilərsiniz.
Portağal və dəfnə yarpağı: C vitamini ilə zəngin portağal və antioksidant baxımından zəngin dəfnə yarpağı ilə hazırlanan qarışım dişləri qısa müddətdə ağardacaq. Bu üsuldan istifadə etmək üçün portağal qabığını və dəfnə yarpağını birlikdə qarışdırın. İstəyirsinizsə, hamar bir pastaya bənzər bir qarışıq əldə etmək üçün bir az su əlavə edə bilərsiniz. Sonra bu qarışığı diş pastası kimi istifadə edərək dişlərinizi fırçalayın.
Məryəm İlhamqızı