Bu balqabaq çantası 150 min dollara satıldı - REKORD
    • 24-09-2024, 19:13
    • 287

Bu balqabaq çantası 150 min dollara satıldı - REKORD

Fransız moda evi “Louis Vuitton”un yeni balqabaq konseptli çantası 150 min dollara satılıb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, məhdud sayda istehsal olunan bu çanta yeni dünya rekordu qırıb. Moda evi bu çanta dizaynını yapon rəssam Yayoi Kusamanın əsərlərindən ilhamlanaraq hazırlayıb.

İnək dərisindən hazırlanmış sarı çanta balqabaq şəklindədir və qara monoqramma və LV motivləri ilə örtülüb. Bu xüsusi nümunənin 10 min ilə 15 min dollar arasında alınacağı gözlənilirdi, lakin bu məbləğin təxminən 10 qatına satılaraq, model və hərracda satılan hər hansı bir LV çantası üçün yeni qiymət rekordu qırıb. Əvvəlki rekordlar 2023-cü ilin dekabrında “Christie's”də 44,100 dollara satılan başqa bir balqabaq çantası olmuşdu.