Vəfa ilə Şəbnəmin bölüşə bilmədiyi mahnı plagiat çıxdı
    • 24-09-2024, 13:37
    • 304

Vəfa ilə Şəbnəmin bölüşə bilmədiyi mahnı plagiat çıxdı

Müğənnilər Vəfa Şərifova ilə Şəbnəm Tovuzlunun qalmaqalına səbəb olan “Cənnətimsən” mahnısı plagiat çıxıb.

News24.az OLAY-a istinadla bildirir ki, bu barədə “Günə bax” verilişində jurnalist Pərviz Hüseyn məlumat verib.

O bildirib ki, əslində Tural Sədalı ilə Arzu Məmmədovanın özlərinin bəstələdiklərini dedikləri mahnı Qədir Məmmədovun (Qızılsəs) illər öncə səsləndirdiyi “Pakizə”dən götürülüb.

Belə ki, ifanın musiqisi məhz “Pakizə”dən plagiat olunub.