"Fənərbaxça"dan İsmayıl Kartalla bağlı açıqlama
    • 24-09-2024, 23:44
    • 332

"Fənərbaxça"dan İsmayıl Kartalla bağlı açıqlama

“Fənərbağça”nın prezidenti Ali Koçun İsmail Kartalla görüşərək “Heç bir komanda ilə razılaşma, məndən xəbər gözlə” dediyi iddia edilib.

News24.az xəbər verir ki, Sarı-göylü komandanın verdiyi açıqlama ilə bu iddialar təkzib edilib.

"Fənərbaxça"nın açıqlamasında "prezidentimizin keçmiş baş məşqçimiz İsmail Kartala "heç bir komanda ilə razılaşma, məndən xəbər gözlə" sözləri tamamilə yalandır.

“İctimaiyyətdən xahiş edirik ki, bu və buna bənzər qeyri-real bəyanatlara məhəl qoymasın”.

Günel Məlikzadə