-
- 25-09-2024, 10:32
- 260
Taliban kişilərə cins şalvar geyinməyi və dəbli saç düzümünü qadağan etdi
Əfqanıstanda hakimiyyətdə olan Taliban kişilərə cins şalvar geyinməyi və dəbli saç düzümünü qadağan edib.
News24.az konkret.az-a istinadla xəbər verir ki, bu barədə Washington Post (WP) yazıb.
Avqustun sonunda qəbul edilən yeni qanunlar xarici görünüş və davranış baxımından “qeyri-müsəlmanları” təqlid etməyi qadağan etmək məqsədi daşıyır. Belə ki, ölkə sakinləri dəbli saç kəsdirə, saqqallarını yumruqlarından qısa kəsə, cins şalvar geyinə bilməzlər. Bundan əlavə, indi kişilərə öz arvadlarından və ya qadın qohumlarından başqa digər xanımlara baxmaq qadağandır.
Yerli sakinlərin sözlərinə görə, belə məhdudiyyətlər Əfqanıstanın kişi əhalisi üçün sürpriz olub.
Yeni qanunlar əxlaq polisinə şübhəliləri üç günə qədər həbs etmək səlahiyyəti verir. Qaydaları pozan kişiləri cərimə və ya həbs cəzası gözləyir.