Məşhur "Survivor" iştirakçısı əməliyyat oldu
    • 25-09-2024, 11:04
    • 292

Məşhur "Survivor" iştirakçısı əməliyyat oldu

Hələ 11 yaşında ikən Aşk-ı Memnu serialındakı "Bülent Ziyagil" obrazı ilə tamaşaçıların könlünü fəth edən Batuhan Karacakaya "Survivor"dakı performansı ilə karyerasına davam edib. 

News24.az xəbər verir ki, yarışmada finala yüksəlməyi bacaran Karacakaya bu dəfə səhhətində yaranan problemlərlə gündəmə gəlib.

Karacakaya sosial media hesabından xəstəxana otağında çəkdirdiyi video ilə əməliyyat olunduğunu açıqlayıb. 

O, açıqlamasında belə deyib: “Biləyimdə sümük parçası qopub, sərbəst hərəkət edirdi. Bu, həddindən artıq ağrıya səbəb oldu. Ancaq Survivor adasında tutduğum xəstəlik səbəbindən əməliyyatım təxirə salındı və kortizon müalicəsi alırdım. İndi əməliyyat olundum, hər şey qaydasındadır".

Batuhan Karacakayanın əməliyyat xəbəri sosial mediada böyük əks-səda yaradıb. Sevənləri məşhur adı "Allah şəfa versin", "səni belə görmək üzücüdür", "tez sağal" kimi şərhlərlə dəstəkləyib.

Məryəm İlhamqızı