Bələdiyyə sədri və oğlunun avtovağzaldakı davası - ANBAAN VİDEO
    • 25-09-2024, 13:08
    • 298

Bələdiyyə sədri və oğlunun avtovağzaldakı davası - ANBAAN VİDEO

Türkiyədə bələdiyyə başçısı və oğlunun ədavətdə olduqları şəxslərlə davası kameralara tuş gəlib. 

News24.az DHA-ya istinadən xəbər verir ki, hadisə Zonquldakda yaşanıb. 

Bələdiyyə sədri Mustafa Gökhan Demirtaş və oğlu Necmi Demirtaş avtovağzalın sərnişin terminalında 2 nəfərlə dava edib.

Tərəflər bir-birlərini təpik və yumruqla vurublar. Polis bölməsinə aparılan bələdiyyə sədri və oğlu daha sonra sərbəst buraxılıb.

Teymur Məmmədov