Nadir Pokemon kartı bu qiymətə satıldı..
    • 25-09-2024, 21:12
    • 137

Nadir Pokemon kartı bu qiymətə satıldı..

ABŞ-ın Nyu-York şəhərində keçirilən Sotheby's hərracında nadir Pokemon cizgi seriyası oyun kartı satılıb.

News24.az Kyodo agentliyinə istinadən xəbər verir ki, 1998-ci ildə buraxılan kartda cizgi filminin ən tanınmış personajlarından biri olan "Pikaçu" var.

Nyu-Yorkdakı Sotheby's hərrac evində 360 min dollara satılan kart yalnız 39 rəsmi nüsxədən biridir.

Sotheby's həmçinin açıqlayıb ki, kartda Pokemon cizgi filmləri seriyasının ticarət kartı oyununun yaradıcılarından biri Takumi Akabanenin də imzası var.

Kartın satıcısı və onun yeni sahibi haqqında məlumat verilməyib.

Qeyd edək ki, sözügedən 39 kart 1998-ci ildə Yaponiyada nəşr olunan "CoroCoro Comic" jurnalının təşkil etdiyi rəsm müsabiqəsinin qaliblərinə paylanıb.

Kartlardan biri 2021-ci ildə 5 milyon 275 min dollara satılaraq “ən bahalı Pokemon kartı” olaraq Ginnesin Rekordlar Kitabına düşüb.

Məryəm İlhamqızı