Avtomobil yeraltı keçidə düşdü - ölənlər var
    • 25-09-2024, 22:57
    • 214

Avtomobil yeraltı keçidə düşdü - ölənlər var

İzmir Eşrefpaşadan İkiçeşməliyə gedən avtomobil naməlum səbəbdən təxminən 6 metr hündürlükdən yeraltı keçidə düşüb. 

News24.az xəbər verir ki, ətrafdakıların xəbər verməsindən sonra hadisə yerinə polis və yanğınsöndürmə briqadaları göndərilib.

Həkim qrupları tərəfindən aparılan yoxlama zamanı aşmış avtomobildə olan 3 qadının öldüyü, 2 qadının isə yaralandığı müəyyən edilib. Həyati təhlükəsi olan 

yaralılar İzmir Katip Çələbi Universiteti Atatürk Təhsil və Araşdırma Xəstəxanası ilə Sağlamlıq Elmləri Universiteti Bozyaka Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. 

Yolun nəqliyyat vasitələri üçün bağlanması səbəbindən ərazidə sıxlıq yaranıb.

Məryəm İlhamqızı