10 metr hündürlükdən yeraltı keçidə düşdü: ölən var
    • 24-09-2024, 19:25
    • 313

10 metr hündürlükdən yeraltı keçidə düşdü: ölən var

Dənizlinin Pamukkale rayonunda avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə xəstəxanaya aparılıb.

News24.az xəbər verir ki, sürücünün şəxsiyyəti məlum olmayan 09 ADZ 918 dövlət nömrə nişanlı avtomobil Ankara bulvarında A.İ.M-in idarə etdiyi 20 FC 679 dövlət nömrə nişanlı avtomobilə çırpılıb, daha sonra baryerləri aşıb və təxminən 10 metr yüksəklikdən Zeybek yeraltı keçidinə düşüb.

Xəbər üzərinə qəza yerinə polis, sağlamlıq və xilasetmə qrupları sövq edilib.

Aşan avtomobildə sıxılmış vəziyyətdə qalan yaralılar yanğınsöndürmə briqadalarının gördüyü işlər nəticəsində xilas edilərək təcili tibbi yardım maşınları ilə şəhərdəki xəstəxanalara çatdırılıblar.

Vasitədə olan Rəcəb Boyacı edilən müdaxiləyə baxmayaraq həyatını itirərkən, Neriman G. və Bahri D müalicə altına alınıb.

Digər avtomobil sürücüsü A.İ.M. saxlanılıb.

Məryəm İlhamqızı