Əfqanıstanda kişilərə təzyiqlər artır: Saqqal saxlamaq...
    • 25-09-2024, 18:03
    • 247

Əfqanıstanda kişilərə təzyiqlər artır: Saqqal saxlamaq...

Əfqanıstanda 3 il əvvəl yenidən hakimiyyətə gələn Talibanın qadınlara qarşı qeyri-insani əməlləri səngiməkdə davam edərkən, kişilər də sərt şəriət qaydalarından əziyyət çəkirlər.

News24.az xəbər verir ki, Talibanın müəyyən etdiyi yeni qaydalara görə, kişilər ən azı yumruq uzunluğunda saqqal saxlamalıdırlar və Qərb üslublu geyimlər tamamilə qadağandır. 

Kişilərə cins şalvar geyinmək və saç kəsdirmək qadağan edilib, həmçinin onların arvadlarından və qohumlarından başqa qadınlara baxması da “islama zidd” sayılıb.

Bildirilib ki, Talibanın Əfqanıstandakı Əxlaq Nazirliyinin rəsmiləri son vaxtlar saqqalları yoxlamaq üçün dövlət qurumlarında və iş yerlərində patrul edir. Əxlaqın Müdafiəsi və Əxlaqsızlığın Qarşısının Alınması Nazirliyi kişilərə saqqal qırxmamaq, uzun paltar və yerli baş geyimləri geyinməmək barədə göstəriş verib və bu qaydaya əməl etməyənlərin işdən çıxarılacağını açıqlayıb.

Məryəm İlhamqızı