Araşdırma: Dünyada hər 3 uşaqdan ən azı 1-i miyopikdir
    • 26-09-2024, 22:37
    • 455

Araşdırma: Dünyada hər 3 uşaqdan ən azı 1-i miyopikdir

Çinin Sun Yat-Sen Universitetinin alimləri tərəfindən aparılan araşdırma çərçivəsində müxtəlif qitələrdə 50 ölkədən 5 milyondan çox uşaq və gəncin uzaq görmə səviyyələri araşdırılıb.

News24.az xəbər verir ki, müayinə nəticəsində tədqiqatçılar müəyyən ediblər ki, hər 3 uşaqdan ən azı biri miyopikdir.

Bu nisbətin zamanla artacağını gözlədiklərini ifadə edən tədqiqatçılar, 2050-ci ilə qədər təxminən 740 milyon uşaq və gəncin miyopi ola biləcəyi qənaətinə gəliblər.

1990-2023-cü illər arasında miyopiyanın 3 dəfə artaraq 36 faizə çatdığını təsbit edən tədqiqatçılar, Covid-19 epidemiyası ilə qapalı məkanda vaxtın artması ilə bu göz qüsurunun "əhəmiyyətli dərəcədə" artdığını ifadə ediblər.

Genetikaya görə də meydana gələn miyopiyada xarici faktorların əhəmiyyətinə diqqət çəkən tədqiqatçılar, uşaqların təhsilə daha erkən başladığı Asiya qitəsində uzaqdan aydın görə bilməmə probleminin 7 qat daha çox rast gəlindiyini bildiriblər. 

Tədqiqatçılar bu vəziyyətə görə miopiyanın qızlarda oğlanlara nisbətən daha çox təsbit edildiyini bildiriblər.

"Miyopiyanın gələcəkdə qlobal sağlamlıq probleminə çevrilə biləcəyini qəbul etmək çox vacibdir", - tədqiqatın müəllifləri yazıblar. 

Qeyd edək ki, araşdırma "British Journal of Ophthalmology"də dərc olunub.

Günel Məlikzadə