-
- 26-09-2024, 18:25
- 234
"ABŞ dünya sülhü üçün ən böyük təhlükədir" - ÇİN
Çin dünən həyata keçirdiyi qitələrarası ballistik raket sınağının beynəlxalq təcrübəyə uyğun olaraq rutin bir fəaliyyət olduğunu bildirərək, dünyada sülhə ən böyük təhlükənin ABŞ olduğunu vurğulayıb.
News24.az xəbər verir ki, Çin Müdafiə Nazirliyinin sözçüsü Zhang Xiaogan Pekində keçirdiyi mətbuat konfransında raket sınağı ilə bağlı tənqidlərə cavab verib.
Sınaqın silah qabiliyyətini, eləcə də müvafiq hərbi hissələrin hazırlıq səviyyəsini yoxlamaq məqsədi daşıdığını və adi təlim planının bir hissəsi olduğunu bildirən sözçü Canq, sınaq buraxılışının tamamilə qanuni və əsaslı şəkildə həyata keçirildiyini bildirib.
Çinin dünya sülhünün banisi olduğunu qeyd edən Canq, ABŞ-ın bütün dünyada sülhə ən böyük təhlükə olduğunu qeyd edib.
ABŞ-ın 'Çin kartı' oynayaraq problemlərindən qurtula bilməyəcəyi mesajını verən Canq, Vaşinqtondan iki ölkə arasındakı əlaqələrin qorunub saxlanmasına, sülh və sabitliyə töhfə verəcək addımlar atmasını gözlədiklərini söyləyib.
Məryəm İlhamqızı