-
- 27-09-2024, 09:08
- 220
Əvvəlcə piyadaya, sonra yük maşınına çırpıldı: Ölənlər var
Mersinin Tarsus mahalında minik avtomobilinin piyadanı, daha sonra yük avtomobilini vurması ilə nəticələnən qəzada 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
News24.az xəbər verir ki, Tahir Döğücünün idarə etdiyi avtomobil hərəkətdə olarkən piyada Aliye T. adlı qadını (59) vurub.
Zərbənin təsirindən idarəetmədən çıxan avtomobil qarşı tərəfdən hərəkətdə olan Ö.İ.-nin idarə etdiyi yük maşınına çırpılıb. Qəza sonrası bölgəyə 112 sağlamlıq, xilasetmə və təhlükəsizlik qrupları sövq edilib.
Qəzaya uğramış avtomobildə qalan sürücü Tahir Döğücünün həyatını itirdiyi müəyyən edilib. Avtomobildə sərnişin olan F.D. və piyada Aliye Teberik xəsarət alıb. Xəstəxanaya aparılan Aliye Teberik bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Günel Məlikzadə