-
- 27-09-2024, 09:28
- 207
Zelenskidən sonra Tramp da yeni işə BAŞLADI
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il prezident seçkiləri kampaniyası çərçivəsində öz adını daşıyan yeni saat seriyasını təqdim edib.
News24.az xəbər verir ki, Tramp tərəfdarlarına bu saatların Yeni il hədiyyəsi kimi ideal olacağını deyib və satın almaq üçün link paylaşıb.
Saatların əksəriyyəti 499 dollara satılarkən, məhdud sayda olan Tourbillon seriyasının qiyməti 100 min dollar olaraq açıqlanıb.
Qeyd edək ki, üç fərqli rəngdə təklif olunan bu seriya yalnız 147 ədədlə məhdudlaşacaq. Bununla belə, Trampın saatların istehsalı və dizaynı ilə birbaşa əlaqəsi yoxdur.
Saytdakı açıqlamaya görə, Trampın adından istifadə edərək bu saatları satışa təqdim edən şirkət “TheBestWatchesOnEarth LLC” adlı lisenziya şirkətidir.
Bildirək ki, Tramp 2024-cü il seçki kampaniyasına başladıqdan sonra adı və imici vasitəsilə milyonlarla dollar gəlir əldə edib. Keçən il NFT INT, LLC ilə lisenziya müqaviləsi sayəsində 7,2 milyon dollar qazanıb. Trump rəqəmsal NFT "ticarət kartları" da bu müqavilənin bir hissəsi idi.
Tramp seçki kampaniyasında həm biznes təşəbbüslərini, həm də siyasi platformasını birlikdə idarə etməklə diqqəti cəlb etməyə davam edir. Bu yaxınlarda oğulları və daşınmaz əmlak istehsalçısı Steve Witkoffun rəhbərlik etdiyi yeni kriptovalyuta layihəsi də başladılıb.
Günel Məlikzadə