Tramp 175 milyon dollar ödədi ki..
    • 2-04-2024, 15:52
    • 369

Tramp 175 milyon dollar ödədi ki..

ABŞ-ın keçmiş prezidenti Donald Tramp mühakimə olunduğu daşınmaz əmlak işində girov riskinə qarşı 175 milyon dollar zəmanət ödəyib.

News24.az xəbər verir ki, sözügedən işdə Tramp 175 milyon dollar zəmanət ödəməklə aktivlərinin müsadirə olunma riskini aradan qaldırıb.

Məhkəmə işin Trampın xeyrinə yekunlaşacağı təqdirdə 175 milyon dollar depozitin geri qaytarılacağını açıqlayıb.

Trampın vəkillərindən Alina Habba, "Prezident Tramp vəd etdiyi kimi ödəniş etdi. O, bu ədalətsiz qərarın etibarsız sayılmasını və apellyasiya şikayətində hüquqlarını müdafiə etməyi səbirsizliklə gözləyir" dedi. 

Günel Məlikzadə